...

İrlandiyanın baş naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 17 Mart 2022 06:35 (UTC +04:00)
İrlandiyanın baş naziri koronavirusa yoluxub

Bakı. Trend:

İrlandiyanın baş naziri Mihol Martin koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə İrlandiyanın ABŞ-dakı səfirinə istinadən "The Irish Times" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına əsasən, M.Martin Vaşinqtonda koronavirus testi verib və onun testinin nəticəsi müsbət çıxıb. Ondan əlavə İrlandiyanın ABŞ-dakı nümayəndə heyətinin bir üzvünün də testinin nəticəsi müsbət olub.

Qeyd edilir ki, bununla əlaqədar İrlandiya baş nazirinin ABŞ Prezidenti Cozef Bayden ilə görüşü təxirə salınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti