...

İçərisində 133 nəfər olan təyyarə Çində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 21 Mart 2022 12:19 (UTC +04:00)
İçərisində 133 nəfər olan təyyarə Çində qəzaya uğrayıb

Bakı. Trend:

Boeing 737 Çində qəzaya uğrayıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi, ilkin məlumatlara görə, Çinin cənubunda qəzaya uğrayıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Fövqəladə vəziyyətlə bağlı məlumat dəqiqləşdirilir.

KİV-in məlumatına görə, təyyarədə 133 nəfər olub. Qəzanın olduğu iddia edilən yer Quanksi Çjuanq Muxtar Bölgəsinin Vuzhou şəhərindəki Teng qraflığında dağlıq ərazidir. Hadisə yerində yanğın başlayıb və xilasedicilər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti