Bakı. Trend:
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 85 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays təsdiqləyib.
Onun sözlərinə görə, Avropaya uçan təyyarənin göyərtəsində olan ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken Olbraytın ölümü ilə bağlı xəbərdar ediliblər.
M.Olbrayt ABŞ dövlət katibi vəzifəsində çalışan ilk qadın olub. O bu vəzifədə 1997-2001-ci illərdə çalışıb.