...

"Takeda" Rusiyada dərmanların yeni klinik sınaqlarını dayandırıb

Dünya xəbərləri Materials 10 Aprel 2022 06:11 (UTC +04:00)
"Takeda" Rusiyada dərmanların yeni klinik sınaqlarını dayandırıb

Bakı. Trend:

Yaponiyanın böyük əczaçılıq şirkəti "Takeda Pharmaceutical" Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyada dərmanların yeni klinik sınaqlarını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər yayıb.

Bundan əlavə, şirkət Rusiya Federasiyasına yeni investisiyaları dayandırır. Dərman təchizatı və davam edən klinik sınaqlar davam etdiriləcək. Rusiyaya qarşı sanksiyalar əczaçılıq biznesinə şamil edilmir, lakin tətbiq edilən məhdudiyyətlər logistika və əməliyyatlar sahəsində çətinliklərə səbəb olub.

Digər Yaponiya əczaçılıq şirkəti "Astellas Pharma" da dərmanların klinik sınaqları üçün Rusiya və Ukraynada yeni xəstələrin qəbulunu dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti