Bakı. Trend:
Cənubi Afrikanın Durban şəhərində daşqınlar nəticəsində 306 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "The Guardian" ölkə hökumətinə istinadən bildirib.
Qeyd edilib ki, qatarların hərəkəti pozulub. 6 mindən çox evə ziyan dəyib. Fırtına Afrikanın ən əhəmiyyətli Durban limanına yük konteynerlərini səpələyib, onun fəaliyyəti dayandırılıb.
“The Guardian” yazıb ki, bəzi yerlərdə magistral yolları o qədər su basıb ki, sudan yalnız işıqforların yuxarı hissəsi görünürdü.