...

Piroq əvəzinə lotereya bileti aldı, 100 min dollar qazandı

Dünya xəbərləri Materials 16 Aprel 2022 06:24 (UTC +04:00)
Piroq əvəzinə lotereya bileti aldı, 100 min dollar qazandı

Bakı. Trend:

ABŞ-ın Şimali Karolina ştatında qəribə hadisə baş verib.

Trend yerli "United Press International" agentliyinə istinadla xəbər verir ki, ştatın Franklinton şəhərinin sakini Diana Şabrier gecə saatlarında piroq almaq üçün mağazaya üz tutub, lakin istədiyi məhsul bitdiyindən əvəzində lotereya bileti alıb.

Ertəsi günü lotereyanın nəticələrinə görə, 100 min dollar qazandığını öyrənib.

Mükafatı alan zaman o bildirib ki, qazandığı pulları ailəsinə və istədiyi piroqu almağa xərcləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti