Bakı. Trend:
Türkiyə Hərbi-Dəniz Qüvvələri "Mavi Vətən 2022" adlı genişmiqyaslı hərbi təlimlər keçirir.
Trend-in məlumatına görə, təlimlər üç dənizdə - Qara dəniz, Egey və Aralıq dənzilərində keçirilir.
Qeyd olunur ki, təlimlərdə müxtəlif xarakterli 122 hərbi gəmi, 41 təyyarə, helikopter və digər uçuş aparatları, eləcə də 12 min hərbi qulluqçu qatılıb.
Təlimlərdə, həmçinin Türkiyə Quru Qoşunları və Jandarm Qüvvələrinin mənsubları iştirak edir.
Türkiyə ordusunun "Aksungur" silahlı PUA-sından "smart raket" atışını sınaqdan keçirəcəyi də bildirilib.