...

Türkiyə ilə İran sərhədində beton sədd tikilir

Dünya xəbərləri Materials 25 Aprel 2022 11:48 (UTC +04:00)
Türkiyə ilə İran sərhədində beton sədd tikilir

Bakı. Trend:

Türkiyə ilə İran sərhədində beton sədd tikilir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirb.

S.Soylu Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə tamamlanacağını qeyd edib.

“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan sərhədlərimizdə divar inşası işləri aparılıb” – deyə nazir əlavə edib.

Məlumat üçün bildirək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı və İğdır sərhədində 191 kilometr, Suriya sərhədində isə 837 kilometr uzunluğunda divar tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti