...

Norveç qaz hasilatını artıracağını elan edib

Dünya xəbərləri Materials 27 Aprel 2022 14:09 (UTC +04:00)
Norveç qaz hasilatını artıracağını elan edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Norveç neft və qaz hasilatının həcmlərini artıracaq.

Trend-in məlumatına görə, bunu ölkənin maliyyə naziri Slaqsvoll Vedum deyib.

O bildirib ki, bu qərar Rusiyanın Polşa və Bolqarıstana qaz nəqlini dayandırması ilə bağlı verilib.

"Norveç nefti və qazı bizim Avropanın stabilliyinə vacib töhfəmizdir. Ölkədə yüksək və neft və qaz hasilatı templərini saxlamaq vacibdir", - nazir deyib.

Qeyd edək ki, Norveçdə bu ilin martında qaz hasilatı fevralla müqayisədə 3,3 faiz azalaraq 336,7 milyon kubmetr təşkil etmişdi. Neft hasilatı isə 2,1 faiz azalaraq 1,744 milyon barel olmuşdu.

Xatırladaq ki, Rusiyanın "Qazprom" şirkəti rublla ödəniş etmədikləri üçün Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti