...

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək - XİN rəhbəri

Dünya xəbərləri Materials 6 May 2022 05:48 (UTC +04:00)

Bakı. Trend:

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bunu "Al Jazeera" telekanlına açıqlamasında Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr Şallenberqer deyib.

"Bizim mövqeyimiz aydındır. Biz [Rusiya tərəfi ilə] mövcud müqavilələrə sadiqik və rublla ödəniş etməyəcəyik, belə bir niyyətimiz yoxdur", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti