...

"Google"-un smartfon bazarındakı payı 3 dəfədən çox artıb

Dünya xəbərləri Materials 19 May 2022 22:59 (UTC +04:00)
"Google"-un smartfon bazarındakı payı 3 dəfədən çox artıb

Bakı. Trend:

"Canalys" analitikləri 2022-ci ilin birinci rübü üçün Şimali Amerikada smartfon tədarükü ilə bağlı hesabat dərc ediblər.

Trend xəbər verir ki, bəzi şirkətlər cüzi artım göstərsə də, "Google"-un payı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 380 faiz artıb.

Göstərilən dövr ərzində Şimali Amerikada təxminən 39 milyon cihaz tədarük edilib ki, bu da ötən ilin göstəricisindən 3,7% çoxdur. Geniş populyarlığına baxmayaraq, şirkət təchizat baxımından beşinci yerdə qərarlaşıb.

Siyahıya, gözlənilən kimi, 19% artımla "Apple" başçılıq edir. O, hesabat dövründə 19,9 milyon ədəd cihaz tədarük edib. İkinci yerdə 10,5 milyon qadcet satan "Samsung" qərarlaşıb. Lenovo 56% artım və 4 milyon smartfon tədarükü ilə üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti