...

Co Bayden Texas məktəbindəki faciə qurbanlarının xatirəsinə bayraqların endirilməsi barədə sərəncam verib

Dünya xəbərləri Materials 25 May 2022 03:57 (UTC +04:00)
Co Bayden Texas məktəbindəki faciə qurbanlarının xatirəsinə bayraqların endirilməsi barədə sərəncam verib

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.

Trend "TASS"a istinadla xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.

Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə bağlı bəyanat verəcəyini bildirmişdi.

Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 şagird və 1 müəllim həlak olub. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti