...

Ukrayna Avropaya inteqrasiya məsələsində Almaniyanın dəstəyinə arxalanır - baş nazir

Dünya xəbərləri Materials 28 May 2022 04:18 (UTC +04:00)
Ukrayna Avropaya inteqrasiya məsələsində Almaniyanın dəstəyinə arxalanır - baş nazir

Bakı. Trend:

Ukrayna Avropaya inteqrasiya məsələsində Almaniyanın dəstəyinə ümid edir.

Trend "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının üzvü qismində Avropanın iqtisadi inkişafına mühüm töhfə verəcək.

"Bu ərzaq təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, yeni perspektivli bazar, yeni investisiya imkanları və artan kollektiv təhlükəsizlik sahələrini əhatə edir", - baş nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti