...

Xarkov vilayətinin təhlükəsizlik xidmətinin başçısı vəzifəsindən azad edilib

Dünya xəbərləri Materials 30 May 2022 02:11 (UTC +04:00)
Xarkov vilayətinin təhlükəsizlik xidmətinin başçısı vəzifəsindən azad edilib

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbərini vəzifəsindən azad edib.

Trend "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində bildirib.

"Gəldim və gördüm. Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbərini vəzifəsindən azad etdim. Müharibənin ilk günlərindən şəhəri qorumaq üçün işləmədiyinə, ancaq şəxsən özünün maraqlarına xidmət etdiyinə görə. Hüquq-mühafizə orqanları bunu hansl səbəbdən etdiyini araşdıracaq", - V.Zelenski bildirib.

O, qeyd edib ki, Ukrayna bütün ərazilərini azad edəcək və bunun üçün həm yerli, həm də dövlət səviyyəsində hər kəs çalışmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti