...

Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib

Dünya xəbərləri Materials 30 May 2022 08:54 (UTC +04:00)
Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib

Bakı. Trend:

Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib.

Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi "Twitter" səhifəsində bildirib.

Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ölkədə xəstəxanalar istisna olmaqla, tibbi maska ​​taxmaq tələbini aradan qaldırıldığını bəyan etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti