...

Türkiyədə şagirdləri aparan avtobus yük maşını ilə toqquşub, 11 nəfər yaralanıb

Dünya xəbərləri Materials 30 May 2022 10:46 (UTC +04:00)
Türkiyədə şagirdləri aparan avtobus yük maşını ilə toqquşub, 11 nəfər yaralanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Mərsin vilayətində şagirdləri aparan avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9-u şagird olmaqla 11 nəfər xəsarət alıb.

Qəza yerinə çoxlu sayda tibbi yardım maşını cəlb edilib. Yol müvəqqəti olaraq hərəkət üçün bağlanıb.

Qeyd olunur ki, yaralılardan bir şagird və avtobus sürücüsünün vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti