Bakı. Trend:
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının yeni sanksiyaları ilə əlaqədar otellər operatoru "Marriott International" Rusiyadakı fəaliyyətini dayandırıb.
Trend xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Şirkət xatırladır ki, martın 10-da Moskvadakı korporativ ofisin bağlanması, biznesə investisiyaların dayandırılması və yeni otellərin açılması və bütün şəbəkə inkişafı layihələrinin həyata keçirilməsinin dayandırılması qərara alınıb.
"İndi biz hesab edirik ki, ABŞ, Böyük Britaniya və Aİ tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər "Marriott" və ya otel franşizasının Rusiya bazarında fəaliyyətini davam etdirməsini qeyri-mümkün edəcək. Buna görə də biz Rusiyadakı bütün "Marriott İnternational" əməliyyatlarını dayandırmaq qərarına gəldik. "Marriott"un 25 ildir fəaliyyət göstərdiyi bazarda fəaliyyətinin dayandırılması prosesi mürəkkəbdir", - deyə açıqlamada bildirilir.