...

Slovakiyada sərnişin qatarı ilə lokomotiv toqquşub, 35 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 4 İyun 2022 06:15 (UTC +04:00)
Slovakiyada sərnişin qatarı ilə lokomotiv toqquşub, 35 nəfər xəsarət alıb

Bakı. Trend:

Slovakiyada sərnişin qatarı ilə lokomotivin toqquşması nəticəsində ən azı 35 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə ölkənin "Pravda" qəzeti məlumat yayıb.

Məlumata əsasən, qatarda və lokomotivdə cəmi 80 nəfər olub. Zərərçəkənlərdən 15-nin xəsarətləri orta və ağırdır.

Bildirilri ki, sərnişin qatarı nasazlıq səbəbindən relsdə dayanıb. Eyni yolla gedən lokomotiv də ona çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti