Bakı. Trend:
ABŞ-ın Los-Anceles şəhərində bıçaqla silahlanmış şəxs xəstəxanada insanlara hücum edib.
Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Los Angeles Times" qəzeti məlumat yayıb.
Məlumata əsasən, insident nəticəsində biri tibb işçisi olmaqla üç nəfər xəsarət alıb. Onlar xəstəxananın travmatologiya mərkəzinə yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edilir ki, hücum edən şəxs palatalardan birində barrikada qurub.
Bəzi insanlar təxliyə edilib.