...

Serbiyanın böyük şəhərlərindəki ticarət mərkəzləri bomba təhlükəsi səbəbindən boşaldılıb

Dünya xəbərləri Materials 5 İyun 2022 01:38 (UTC +04:00)
Serbiyanın böyük şəhərlərindəki ticarət mərkəzləri bomba təhlükəsi səbəbindən boşaldılıb

Bakı. Trend:

Serbiyanın iri şəhərlərində yerləşən bir neçə ticarət mərkəzi şənbə günü, iyunun 4-də bomba yerləşdirilməsi ilə bağlı məlumatlara görə boşaldılıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, Novi Sad şəhərində iki və Belqradda bir ticarət mərkəzi bomba təhlükəsi ilə bağlı boşaldılıb.

Bundan əlavə, Nis şəhərində yerləşən "Böyük Konstantin" hava limanı da bomba yerləşdirilməsi ilə bağlı məlumatlara görə boşaldılmalı olub.

Müvafiq qurumların əks-təxribat qrupları adıçəkilən binalarda yoxlamalar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti