Bakı. Trend:
NATO-nun iki həftəlik BALTOPS-22 hərbi dəniz təlimi alyansa qoşulmaq niyyətini açıqlayan Finlandiya və İsveçin iştirakı ilə Baltik dənizində başlayıb.
Trend-in "PBS"ə istinadən verdiyi xəbərə görə, təlimlərdə 16 ölkədən 45 gəmi, 75 təyyarə və 7 mindən artıq dənizçi, pilot və dəniz piyadası iştirak edəcək.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib ki, təlimlərin əsas məqsədi ABŞ və NATO-nun Finlandiya və İsveçlə həmrəyliyini nümayiş etdirməkdir.
M.Milli vurğulayıb ki, Baltik dənizi "strateji əhəmiyyətli su hövzəsi" və "dünyanın ən böyük gəmiçilik yollarından biridir".
BALTOPS-22-nin tamamlanması iyunun 17-də Almaniyanın Kiel limanında planlaşdırılır.