...

Dominikanda nazir iş otağında güllələnib

Dünya xəbərləri Materials 7 İyun 2022 04:56 (UTC +04:00)
Dominikanda nazir iş otağında güllələnib

Bakı. Trend:

Dominikanın ətraf mühit naziri Orlando Xorxe Meru tanışı tərəfindən güllələnib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Homero Fiqeroa məlumat verib.

Prezident administrasiyasının "Twitter" səhifəsindəki açıqlamasında o, həmçinin əlavə edib ki, atəş açan şəxs, Miqel Krus, artıq polis nəzarətinə götürülüb. Nazirin iş otağında güllələndiyi bildirilir.

Cinayətin motivləri barədə məlumat verilmir.

Homero Fiqeroa dövlət başçısı adından mərhumun ailəsinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti