...

ABŞ-da fabrikdə iki işçi şokolad çəninə düşüb

Dünya xəbərləri Materials 10 İyun 2022 11:46 (UTC +04:00)
ABŞ-da fabrikdə iki işçi şokolad çəninə düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Pensilvaniya ştatında "Mars" şirkətinin fabrikində iki işçi ərinmiş şokolad çəninə düşüb.

Trend-in məlumatına görə, hər iki işçi xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan biri helikopterlə xəstəxanaya çatdırılıb.

Yaralıların sağlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Hadisənin detalları ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti