...

ABŞ-da benzinin qiyməti 5 dolları ötüb

Dünya xəbərləri Materials 11 İyun 2022 12:03 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da benzin qiyməti 5 dollar həddini keçərək növbəti dəfə tarixi maksimumu yeniləyib.

Trend-in məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib.

Hazırda ölkənin əksər ştatlarında benzinin qiyməti bir qallon (3,7 litr) üçün 5,004 dolları ötüb.

Ötən gün bu rəqəm 4,986 dollara bərabər idi. 2021-ci ilin yanvarında ABŞ-da benzinin bir qallonu 2,4 dollar təşkil edirdi.

Ölkədə ən bahalı benzin isə Kaliforniya ştatında satılır. Orada benzinin bir qallonu 6,4 dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti