...

Fransada parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb

Dünya xəbərləri Materials 12 İyun 2022 22:48 (UTC +04:00)
Fransada parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb

Bakı. Trend:

Fransada baş tutmuş parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.

Trend xəbər verir ki, "Elabe" sosioloji xidmətinin proqnozuna görə, solçu "Yeni Xalq Ekoloji-Sosial Birliyi" (NUPES) koalisiyasının nümayəndələri səs çoxluğu qazanıblar.

Məlumata görə, "Tabe olmayan Fransa" solçu partiyanın lideri Jan-Lük Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2%, "Birgə!" hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.

Bununla belə, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti