...

ABŞ-da gecə klubunda atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Dünya xəbərləri Materials 13 İyun 2022 04:28 (UTC +04:00)
ABŞ-da gecə klubunda atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın İndiana ştatında gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, Çikaqonun cənub-şərqindəki gecə saat 2 radələrində baş vermiş atışmada biri qadın olmaqla hər iki nəfər xəstəxanaya çatdırıldıqdan sonra orada dünyalarını dəyişiblər. Dörd yaralıdan birinin vəziyyəti ağırdır.

Qurbanların kimliyi və ya atışmaya nəyin səbəb ola biləcəyi barədə məlumat açıqlanmır.

Hazırda şübhəlinin yaxalanması istiqamətində müvafiq hərəkətlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti