...

Türkiyənin TÜRKSAT 5B peyki bu gün istifadəyə verilir

Dünya xəbərləri Materials 14 İyun 2022 12:11 (UTC +04:00)
Türkiyənin TÜRKSAT 5B peyki bu gün istifadəyə verilir

Bakı. Trend:

19 dekabr 2021-ci ildə kosmosa buraxılan TÜRKSAT 5B peyki bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı proqramla istifadəyə veriləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin yeni peyki orbit sınaqlarını uğurla tamamlayıb.

TÜRKSAT 5B peyki bütün Yaxın Şərq, Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələrə də xidmət göstərəcək.

Məlumata görə, Türkiyənin yerli rabitə peyki TÜRKSAT 6A-nın istehsal və inteqrasiyası üzrə iş davam edir. TÜRKSAT 6A tamamlandıqda Türkiyə dünyada öz rabitə peykini istehsal edə bilən 10 ölkə arasında yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti