Bakı. Trend:
Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında 5 zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.
Zəlzələ baş verən məkana İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib.
Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.