...

ABŞ-ın yeni nəsil "Abrams" tankları elektrik mühərriklə təchiz oluna bilər

Dünya xəbərləri Materials 17 İyun 2022 06:06 (UTC +04:00)
ABŞ-ın yeni nəsil "Abrams" tankları elektrik mühərriklə təchiz oluna bilər

Bakı. Trend:

Amerikanın "M1 Abrams" əsas döyüş tankının yeni nəsli - General Dynamics Land Systems tərəfindən hazırlanan SEPv4 elektrik mühərrikli hibrid elektrik güc aqreqatı ilə təchiz oluna bilər.

Trend xəbər verir ki, bu barədə "The Warzon" nəşri yazır.

Məlumata görə, elektrik mühərrikin nəzərdən keçirildiyi yeni tankın istifadəsi "səssiz zərbə" adlandıran və düşmən haqqında danışarkən "onlar bizim yaxınlaşdığımızı heç vaxt eşitməyəcəklər" deyən qısa təqdimat çarxlarında əks olunur.

"Müxtəlif növ hərbi texnikada hibrid hibrid güc aqreqatının istifadəsinin üstünlüyü son dərəcə sakit, tam elektrik rejimində işləmək potensialındadır", - nəşr vurğulayır.

Həmçinin güman edilir ki, yenilənmiş "Abrams" pilotsuz təyyarələr kimi hava hədəflərini vura bilən Kongsberg Protector RS6 uzaqdan idarə olunan silah modulu ilə təchiz ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti