...

İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmə olub, ölən var

Dünya xəbərləri Materials 21 İyun 2022 10:19 (UTC +04:00)

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə olunması nəticəsində 30 nəfər zəhərlənib, 1 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti fövqəladə hallar üzrə mərkəzinin direktoru Məcid Məhəmməd Qəribani deyib.

M.Qəribaninin sözlərinə görə, onlardan 11 nəfəri xəstəxanadan evə buraxılıb, 19 nəfər isə Ərdəbilin iki xəstəxanasındadır. 3 nəfər isə reanimasiya şöbəsindədir.

İlkin məlumatlara əsasən, hadisə ad günü şənliyində baş verib və zəhərlənənlər 20-40 yaş aralığında şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti