Bakı. Trend:
Kolumbiyanın El-Espinal bələdiyyəsində öküzlərin şousunda tamaşaçıların olduğu tribuna çöküb.
Trend xəbər verir ki, bu barədə Tolima departamentinin qubernatoru Xose Rikardo Orosko deyib.
Onun sözlərinə görə, tribunanın çökməsi nəticəsində azı 4 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
"Tolima departamentində xəstəxana sistemini yüksək hazırlıq vəziyyətinə gətirmişik. Hazırda dörd nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı məlumdur", - deyə qubernator bildirib.
Öz növbəsində "El Tiempo" qəzeti bildirilir ki, tribunanın çökməsi nəticəsində azı 500 nəfər xəsarət alıb.