...

Putin G20 Zirvə görüşünə dəvəti qəbul edib

Dünya xəbərləri Materials 27 İyun 2022 19:26 (UTC +04:00)
Putin G20 Zirvə görüşünə dəvəti qəbul edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.

Trend Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.

"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti