...

İsrail parlamentinin buraxılması ilə bağlı səsvermə təxirə salınıb

Dünya xəbərləri Materials 30 İyun 2022 02:43 (UTC +04:00)

Bakı. Trend:

İsrail Knessetinin (birpalatalı parlamentdə) buraxılması və yeni seçkilərin keçirilməsi haqqında qanun layihəsi üzrə səsvermə planlaşdırıldığı kimi çərşənbə günü keçirilməyəcək, səsvermə iyunun 30-na təyin edilib.

Trend xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Bir sıra deputatlar parlamentin buraxılmasından əvvəl bir sıra təkliflər üzrə səsvermənin keçirilməsində israrlı olduqlarına görə ikinci və üçüncü oxunuşda səsvermə baş tutmayacaq.

İkinci və üçüncü oxunuşlar üzrə səsvermənin iyunun 30-u səhər saat 8:00-da baş tutacağı gözlənilir. Əgər bu səsvermə baş tutarsa, rotasiya razılaşmasına əsasən hazırkı xarici işlər naziri Yair Lapid iyulun 1-nə keçən gecə yeni baş nazir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti