...

F-16 qırıcılarını Türkiyəyə satmalıyıq - Co Bayden

Dünya xəbərləri Materials 30 İyun 2022 17:30 (UTC +04:00)
F-16 qırıcılarını Türkiyəyə satmalıyıq - Co Bayden
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

F-16 qırıcılarını Türkiyəyə satmalıyıq.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden NATO sammitinin yekununda verdiyi açıqlamada deyib.

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti bu satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi bu əməliyyata hələlik razılıq verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti