...

Almaniya pandemiya dövründə koronavirusa qarşı peyvəndlərə $7 milyarddan çox pul xərcləyib

Dünya xəbərləri Materials 3 İyul 2022 18:48 (UTC +04:00)
Almaniya pandemiya dövründə koronavirusa qarşı peyvəndlərə $7 milyarddan çox pul xərcləyib

Bakı. Trend:

Almaniya hökuməti koronavirus pandemiyası başlayandan iyunun əvvəlinə qədər müxtəlif COVID-19 peyvəndlərinə ümumilikdə 6,8 milyard avro (təxminən 7,1 milyard dollar) xərcləyib.

Trend xəbər verir ki, bu barədə Bundestaqın deputatı Stefan Pilsingerin sorğusuna Nazirlər Kabinetinin cavabında deyilir.

Məlumata əsasən, iyunun sonu üçün pandemiya başlayandan vaksinlərə, peyvənd mərkəzlərinin yaradılmasına, test məntəqələrinin yaradılmasına, qoruyucu maskaların, dərman vasitələrinin alınmasına və xəstəxanalara koronavirusla mübarizə tədbirləri üçün ödənişlərə xərclənən vəsait 46,4 milyard avro təşkil edib.

Xatırladaq ki, Almaniyada koronavirusa ilk yoluxma halları 2020-ci ilin əvvəlində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti