...

Britaniya Britaniya ordusunun sosial şəbəkələrdəki səhifələrinə hücum edilib

Dünya xəbərləri Materials 4 İyul 2022 02:19 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Müdafiə Nazirliyi "Twitter" və "YouTube" videohostinqində Birləşmiş Krallıq Silahlı Qüvvələrinin quru qoşunlarının səhifələrinə haker hücumu edildiyi açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Britaniya Silahlı Qüvvələrinin nümayəndəsinin yaydığı bəyanatda deyilib.

"Biz ordunun "Twitter" və "YouTube" hesablarının sındırılmasından xəbərdarıq və hazırda araşdırma aparırıq. Biz informasiya təhlükəsizliyinə çox ciddi yanaşırıq və problemi həll etməyə çalışırıq. İstintaq başa çatana qədər əlavə şərh vermək yersiz olardı", - deyə bildirilib.

Bazar günü axşam Britaniya ordusunun "Twitter"ində NFT tokenlərinin oynanması ilə bağlı mesajlar olan səhifələrə linklər görünməyə başlayıb. Ordunun "YouTube" səhifəsi hazırda kriptovalyutaya investisiya kanalına dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti