...

Rusiya quru sərhədlərini açır

Dünya xəbərləri Materials 4 İyul 2022 11:28 (UTC +04:00)
Rusiya quru sərhədlərini açır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya iyulun 15-dən etibarən quru sərhədlərdən gediş-gəlişlə bağlı məhdudiyyəti aradan qaldırır.

Trend-in məlumatına görə, bu barədə ölkənin koronavirus pandemiyası ilə mübarizə üzrə operativ qərargahın qərarında deyilir.

"Həyata keçirilmiş müzakirələr nəticəsində iyulun 15-dən etibarən Rusiyanın dövlət sərhədlərindən gediş-gəlişə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması barərə qərar verilib", - qərarda deyilir.

Xatırladaq ki, Rusiya quru dövlət sərhədlərinu 2020-ci ilin martında bağlamışdı.

İyunun 14-də Rusiya hava və dəniz sərhədlərini açdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti