...

Türkiyədə dizel yanacağı istehsalının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 6 İyul 2022 15:12 (UTC +04:00)
Türkiyədə dizel yanacağı istehsalının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin aprel ayında Türkiyədə ümumilikdə 1 480 576 ton dizel markalı yanacaq istehsal edilib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun dizel markalı yanacağın ümumilikdə 879 541 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib. Qalan 601 34 ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu tərəfindən istehsal edilib.

Belə ki, Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 429 713 ton, İzmirdə yerləşən zavodundan 309 660 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 140 168 ton dizel markalı yanacaq istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti