...

BMT TŞ Suriyaya humanitar yardımla bağlı qətnamə layihələrini təsdiq etməyib

Dünya xəbərləri Materials 8 İyul 2022 23:53 (UTC +04:00)
BMT TŞ Suriyaya humanitar yardımla bağlı qətnamə layihələrini təsdiq etməyib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Suriyaya humanitar yardımın transsərhəd çatdırılması mexanizminin uzadılmasına dair nə Rusiya, nə də Qərbin qətnamə layihələrini təsdiqləməyib.

Trend xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının sədri Ronaldu Koşta Filyu deyib.

"İki səs lehinə, üç səs əleyhinə, 10 ölkə isə səs verməyib. Qətnamə layihəsi kifayət qədər səs toplamadığı üçün qəbul edilməyib", - deyə BMT TŞ-in sədri Rusiyanın təklif etdiyi qətnamə layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Norveç və İrlandiyanın hazırladığı qətnamə layihəsi isə Rusiyanın veto qoyması ilə bağlı qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti