...

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 İyul 2022 09:10 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Məlumata əsasən, Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ episentrdən təxminən yüz kilometr aralıda, Tbilisidə də hiss olunub. Ölənlər və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti