...

ABŞ-da parkda atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 23 İyul 2022 04:44 (UTC +04:00)
ABŞ-da parkda atışma olub, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Ayova ştatında parkın ərazisində atışma baş verib.

Trend "ABC News" telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində 3 nəfər həlak olub.

Bildirilir ki, hadisə yerinə baxış keçirilən zaman polislər atəş açan şəxsin də cəsədini aşkar ediblər. Onun intihar etdiyi ehtimal edilir.

Parkın ərazisində olan uşaqlar üçün çadır düşərgəsi təxliyə edilib. Park insanların girişi üçün bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti