...

İranda daşqın nəticəsində ölənlərin sayı 61-ə çatıb

Dünya xəbərləri Materials 30 İyul 2022 19:09 (UTC +04:00)

Bakı. Trend:

İranda ötən həftə ərzində güclü daşqınlar nəticəsində ən azı 61 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin fövqəladə əməliyyatlar şöbəsinin rəhbəri Mehdi Vəlipur deyib.

M.Vəlipur əlavə edib ki, ölkədə hazırda 32 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, bundan əvvəl 56 nəfərin öldüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti