...

Rusiya ilə silahlara nəzarəti müzakirə etməyə hazıram - Bayden

Dünya xəbərləri Materials 1 Avqust 2022 23:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 1-də ABŞ prezidenti Co Bayden bildirib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə istifadə müddəti başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır”, - deyə C.Bayden bildirib.

C.Bayden xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti