...

BMT-nin baş katibi Xirosimada Yaponiyanın baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 2 Avqust 2022 07:05 (UTC +04:00)
BMT-nin baş katibi Xirosimada Yaponiyanın baş naziri ilə görüşəcək

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş avqustun 6-da Xirosimaya səfəri zamanı Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək.

Trend xəbər verir ki, BMT-nin baş katibi Quterreş avqustun 5-dən 8-dək Yaponiyada səfərdə olacaq. O, avqustun 6-da Xirosimaya atom bombası atılması qurbanlarının anım mərasimində iştirak edəcək və baş nazir Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda görüşü planlaşdırılır.

2018-ci il avqustun 9-da Quterreş Naqasakiyə atılan atom bombası qurbanlarının xatirəsini anma mərasimində iştirak edib. O, Xirosimadakı mərasimdə iştirak etməyi planlaşdırırdı, lakin koronavirus pandemiyası səbəbindən bunu edə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti