...

Çin Tayvan fondlarına qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 3 Avqust 2022 08:28 (UTC +04:00)
Çin Tayvan fondlarına qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

Çin hökuməti "Tayvan Demokratiya Fondu" və "Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu"na qarşı sanksiyalar tətbiq edir.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin nümayəndəsi Ma Syaoquan deyib.

"Bu strukturlar beynəlxalq səviyyədə “demokratiya” və “əməkdaşlığın inkişafı” adı altında Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətlə məşğuldurlar", - deyə Ma Syaoquan bildirib.

Onun sözlərinə görə, fondlar "kənar anti-Çin qüvvələrini cəlb etmək, materikə hücum etmək və nüfuzdan salmaq üçün əllərindən gələni edirlər".

Çin hökumətinin qərarı ilə bu fondların materik Çində təşkilatlar, müəssisələr və şəxslərlə əməkdaşlıq etməsi qadağan edilir. Bundan əlavə, yuxarıda qeyd olunan fondları maliyyələşdirən və ya onlara xidmət göstərən təşkilat, müəssisə və fiziki şəxslərə qarşı sanksiyalar da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti