...

Artıq yeni silahlanma yarışı başlayıb - BMT-nin baş katibi

Dünya xəbərləri Materials 6 Avqust 2022 23:44 (UTC +04:00)
Artıq yeni silahlanma yarışı başlayıb - BMT-nin baş katibi

Bakı. Trend:

Dünyada yeni silahlanma yarışı artıq qızışır və tərksilah müqavilələri təhlükə altındadır.

Trend xəbər verir ki, bu fikri şənbə günü BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Antonio Quterreş 77 il əvvəl atom bombasına məruz qalmış Xirosimaya səfəri zamanı deyib: "Biz yeni silahlanma yarışının şahidiyik. Ötən əsrdə bağlanmış tərksilah müqavilələri təhlükə altındadır".

A.Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olan ölkələrin İcmal Konfransının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti