Bakı. Trend:
Fransada meymunçiçəyi epidemiyası başlayandan bəri 2,6 mindən çox insanın bu xəstəliyə yoluxması halı qeydə alınıb.
Trend xəbər verir ki, yalnız son həftə ərzində ölkədə 362 yoluxma halı aşkarlanıb.
Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının 99 faizi kişilərdə qeydə alınıb.
Eyni zamanda, Fransada koronavirus da yayılmaöa davam edir. Son 24 saat ərzində 812 nəfər COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 87 nəfər vəfat edib.