...

FTB Trampın eindən 11 dəst məxfi sənəd müsadirə edib

Dünya xəbərləri Materials 12 Avqust 2022 22:22 (UTC +04:00)
FTB Trampın eindən 11 dəst məxfi sənəd müsadirə edib

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ölkənin keçmiş prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarış zamanı 11 dəst məxfi sənədi müsadirə ediblər.

Trend xəbər verir ki, bu barədə müsadirə edilən materiallarla tanış olan "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu götürülüb. Müsadirə edilən sənədlər arasında D.Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin "Fransa prezidenti" ilə bağlı bəzi məlumatlar var. Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında “tam məxfi” kimi təsnif edilən materiallar da var ki, nəşrin yazdığına görə, yalnız “xüsusi dövlət müəssisələrində” saxlanıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti