Bakı. Trend:
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.
Trend xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.
Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2.
Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.