...

Rusiya yuanın istifadəsinə görə dünyada üçüncü yerdədir

Dünya xəbərləri Materials 19 Avqust 2022 04:50 (UTC +04:00)
Rusiya yuanın istifadəsinə görə dünyada üçüncü yerdədir

Bakı. Trend:

İyulda Rusiya beynəlxalq ödənişlərdə Çin yuanından istifadə edən ölkələr arasında üçüncü yeri tutaraq qlobal valyuta bazarındakı payını cəmi üç ayda 6,3 dəfə artırıb.

Trend xəbər verir ki, bu barədə "Forbes" SWIFT ödəniş məlumat mübadiləsi sisteminin statistik məlumatlarına istinadən yazır.

"Forbes"ın istinad etdiyi SWIFT hesabatına əsasən, iyulda yuan əməliyyatlarının 3,9%-i Rusiyanın payına düşüb (iyunda 1,42%-ə qarşı).

Böyük Britaniya daha yüksək göstəricilər göstərib (6,35%).

Siyahının lideri Honq-Konqdur (iyundakı 73,82%-ə qarşı 70,93%).

SWIFT reytinqində Rusiyadan sonra Sinqapur (3,77%) və ABŞ (2,98%) gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti